Modern.az

Putin: “Saakaşvilinin təyinatı Ukrayna xalqının üzünə tüpürməkdir”

Putin: “Saakaşvilinin təyinatı Ukrayna xalqının üzünə tüpürməkdir”

Təhsil

17 Dekabr 2015, 14:52


Mətbuat konfransında sualları cavablandırmaqda davam edən Rusiya prezidenti Vladimir Putin Gürcüstana müsbət mesajlar göndərib.

Modern.az xəbər verir ki, Rusiya prezidenti ölkəsinin Gürcüstanla əlaqələri bərpa etməyə hazır olduğunu deyib: “Moskva Tbilisi ilə münasibətləri bərpa etməyə hazırdır. Hətta viza rejimini də ləğv edə bilərik. 

Gürcüstanın ərazi bütövlüyü məsələsi gürcü, abxaz və osetin xalqarının şəxsi işidir. Biz onların istənilən qərarını qəbul edəcəyik”.

Vladimir Putin eks-prezident Mixail Saakaşvilini də unutmayıb. Kreml rəhbəri hər mətbuat konfransında təhqir etdiyi gürcü siyasətçinin Ukraynada vəzifəyə təyin olunmasını sərt tənqid edib: “Saakaşvilinin Ukraynada qubernator təyin olunmasına gəlincə, bu, əslində Ukrayna xalqının üzünə tüpürməkdir”.

Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?