Modern.az

2016-cı ildə UNESCO-da “lavaş” türk çörəyi kimi tanıdılacaq

2016-cı ildə UNESCO-da “lavaş” türk çörəyi kimi tanıdılacaq

Təhsil

17 Dekabr 2015, 17:13

2016-ci ildə UNESCO-da lavaş türk çörəyi kimi tanıdılacaq. Bu sözləri "Lavaş Türkün ortaq mirasıdır" tədbirində Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov deyib.

Modern.az-ın məlumatına görə, Tahir Əmiraslanov bildirib ki, 2014-ci ildə lavaşla bağlı qalmaqallar olub.
“Belə qərara alındı ki, 2016-cı ildə lavaş UNESCO-ya Türk çörəyi kimi təqdim olunsun. Bildiyimiz kimi, ermənilər lavaşı öz adlarına çıxmağa çalışırlar. Amma onu qeyd edim ki, “lavaş” ermənilərin lüğətinə sonradan gəlmə söz olub. Nazik çörəklərin adı Mahmud Qaşqarinin kitablarında da var. 12-ci əsirdə isə Nizami Gəncəvinin kitabında “ağlavaş” kimi göstərilir.  Tük dilində lavaş “layaş”, yəni nazik təbəqə deməkdir. “Aş” sözünün isə türk sözü olduğunu bütün dünya qəbul edib”.

2014-ci ildə Ermənistan Respublikası UNESCO-ya rəsmi müraciət edərək, "Lavaş" adı verilən çörəyin öz mədəniyyətlərinə aid bir ünsür kimi qeydiyyatını istəyib. Həmin il Türkiyə və Azərbaycanın mədəniyyət nazirlikləri səviyyəsində reallaşan görüşlərdə bu mövzu yenidən gündəmə gətirilib və bu sahədə məlumatlandırlma işlərinin aparılması qərara alınıb.






Emil Rasim

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi