İranda dövlət ekspertlər assambleyasına namizədlərin qeydiyyatı başlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, ekspertlər assambleyası 88 üzvdən ibarət nüfuzlu dini orqandır və ölkənin dini liderinin təyin edilməsinə və devrilməsinə qadirdir.
Assambleyaya seçkilər 2016-cı il fevralın 26-da parlament seçkiləri ilə eyni gündə keçiriləcək.
İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin sözlərinə görə, assambleyanın komitəsində artıq dini lider ayətulla Əli Xamneyinin potensial varisləri ilə bağlı diskussiyalar başlayıb. Bu, uzun illər sonra ilk belə bəyanatdır.
Modern.az