Rusiya prezidenti Vladimir Putin onun oxşarına ehtiyacı olmadığını bildirib.
Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı 3 saatdan çox davam edən mətbuat konfransından sonra jurnalistlərə deyib.
“Hansı oxşar? Mənim oxşarım yoxdur. O, mənim nəyimə lazımdır”, - Rusiya lideri reportyorlardan soruşub.Bu cavabdan sonra müxbirlərdən biri prezidentə ona oxşayan bir nəfərin fotosunu verib. Ona baxan dövlət başçısı gülümsəyib, çəkili alıb və sakitcə dəhlizlə gedib.