Modern.az

Ölkənin 13 rayonu qazsız qaldı

 Ölkənin 13 rayonu qazsız qaldı

Təhsil

17 Dekabr 2015, 20:10


Azərbaycanın 14 rayonu qazsız qalıb. Modern.az saytı xəbər verir ki, Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı bu gün günorta saatlarından dayandırılıb.

Məsələ ilə bağlı araşdırma aparan virtualaz.org saytının Şirvan bürosu Azərbaycanın 13 rayonunun qaz təchizatının dayandırılmasına  Hacıqabul-Astara magistral qaz xəttindəki  sızmalar səbəb olduğunu müəyyən edib.

“Azəriqaz” İB-dəki mənbələrdən əldə etdiyimiz məlumata görə, hazırda magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Qazsız qalmış 13 rayonun qaz təchizatının sabah saat 10 radələrində bərpa olunması nəzərdə tutulub.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi