Modern.az

Bakıda keçiriləcək “Formula -1” yarışına nə qədər pul xərclənəcək - AÇIQLAMA

Bakıda keçiriləcək “Formula -1” yarışına nə qədər pul xərclənəcək - AÇIQLAMA

Təhsil

18 Dekabr 2015, 12:06

2016-cı ilin yayında Bakıda “Avropa Qran Pri Bakı” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula-1” yarışlara hazırlıq davam edir. Modern.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazir Azad Rəhimov deyib ki, “Formula -1” yarışlarının keçirilməsi üçün 12 milyon manat yollara, 5 milyon manat isə tribunalara və müxtəlif işlərə pul ayrılıb: “İşlər davam edir və 3-4 aya büdcə tam bilinəcək”.

Nazirin sözlərinə görə, yarışları izləmək üçün 30 minə yaxın bilet satılacaq. Biletlərin qiyməti isə 19 manatdan başlayır.

Azad Rəhimov dekabrın 19-dan artıq bilet satışına başlanacağını da qeyd edib. 

Emil Rasim

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi