Modern.az

Oqtay Əsədov: “Bunun nəyi şokdur?”

Oqtay Əsədov: “Bunun nəyi şokdur?”

Təhsil

18 Dekabr 2015, 12:25

“Səfirlik açıqlama versin ki, bu ABŞ-ın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın


Milli Məclisin növbəti iclası keçirilir. Modern.az saytı xəbər verir ki, deputat Sahib Alıyev Amerika konqresində Helsinki Komissiyasının sədri Kristofer Smitin məlum qanun layihəsi haqqında danışıb.

O qeyd edib ki, Azərbaycanla Amerika arasında hərtərəfli əməkdaşlıq var və bu əməkdaşlıq sadəcə iki dövlətin maraqlarına xidmət etmir.

“Həm də regionda və region sərhədlərindən kənarda sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amerikada bəlli cevrələrin təsiri altında olanlar bu əlaqələrə xələl gətirirlər. Ermənipərəst konqresmenlər təcavüzə məruz qalanları təcavüzdə günahlandırırlar. Amerika müəyyən mənada demokratik dəyərlər daşıyıcısı Azərbaycan xalqının, siyasətçilərinin yaddaşında qalıb və bu addımlar ilk növbədə Amerikanın maraqlarına yönəlib”.

Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, adi bir təşkilatın verdiyi bu açıqlama şok kimi qarşılanmamalıdır.

“Mənə yarım saat öncə göstərdilər, ermənilər ən radikal diaspor rəhbərlərindən Aram Hambaryanın Twitter səhifəsində Kristofer Smitlə Amerika konqresində çəkilən şəkli göstərilib.

Şəklin altında qeyd edilir ki, onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirir. Çox əfsuslar olsun ki, bir çox jurnalistlərimiz bu hadisəni şok hadisə kimi yazıblar. Bunun nəyi şokdur? Bunu bu qədər şişirtmək, insanlar arasında yaymaq səhvdir. 100 faiz əminəm ki, bu layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, hər il bu vaxtlar əfv sərəncamı verilir. 31 dekabr ərəfəsindədəd əfv olacaq. Bizə təsir etməyə çalışırlar ki, guya, bunların təkidi ilə kimlərsə buraxılsın. Hesab edirəm ki, çox böyük diqqət verməməliyik. ABŞ-ın Azərbaycandakı Səfirliyinə deyin açıqlama versinlər ki, bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir..”.

Aytən Zəhra

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi