Ermənistan ordusu ötən gecə cəbhə xəttində 3 hərbi qulluqçusunu itirib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəbhənin cənub, şərq, şimal və cənub-şərq istiqamətində baş verən döyüşlər zamanı hərbi qulluqçular, 19 yaşlı Aqassi Qriqoryan və onun həmyaşıdı Ruben Aleksanyan öldürülüblər.
Digər məlumata görə, Ermənistan ordusunda müqavilə əsasında xidmət edən, 23 yaşlı Qor Ohanyan isə ötən gecə cəbhənin şimal istiqamətində hələ müəyyən olunmamış səbəbdən aldığı güllə yarasından ölüb.
Vüqar İsmayılov