Milli Məclisin iclası davam edir.
Modern.az xəbər verir ki, parlamentin Beynəlxaq münasibətlər və parlamentlərarası əlaqələri komitəsinin sədri Səməd Seyidov Kristofer Smiti tənqid edib.O bildirib ki, bu insan erməni fikirlərinin mövqeyini Konqresdə əks etdirmək istəyir. “O həm də ABŞ-ın strateji maraqlarını, Azərbaycan-Amerika maraqlarına xələl gətirən sənədi hazırlayaraq təqim edib. Bu ermənipərəst, anti-Azərbaycan qüvvələrin hiyləgər cəhddidir. ABŞ-ın Konqresində ildə, məsələn 2014-cü ildə 4 min bunun kimi sənəd daxil olub.
ABŞ-ın maraqlarına xidmət edən 120-130 sənəd qəbul edilir. Bu sənədin qəbul olunması ehtimalı isə sıfırdır.
Məlumdur ki, Azərbaycanda insan haqları ilə bağlı müntəzəm, yüksək səviyyəli işlər aparılır və bu göz qabağındadır. İnsan haqları ilə bağlı ənənəvi olaraq əfv fərmanı olur. Erməni diasporu bunların qaşrşısını almq üçün təkcə ABŞ-da deyil, başqa ölkələr və təşilatlarda öz işlərinə başlayıblar”.
Deputat qeyd edib ki, bu, Azərbaycana qarşı seçilmiş, konteksdən çıxarılmış ermənipərəst qüvvələrin fəaliyyəti ilə bağlı məsələdir.
“AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı bir neçə sənəd müzakirə olunacaq.
Belə bir məqamda təpkilər çox olacaq. Onların istəyi də odur ki, kəskin, düzgün olmayan reaksiya verək. Oqtay Əsədovun dediyi kimi ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama verməlidir”.
Aytən Zəhra