Milli Məclisin bu gün keçirilən iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa əfv ediləcək məhkumların siyahısının genişləndirmək lazım olduğunu deyib.
Modern.az-ın verdiyi xəbərə görə, deputatın fikrincə, əfvə düşə biləcək adamların içərisində elələri var ki, buraxılandan sonra hansısa proseslərə təsir etmək gücündə deyillər:
“Biz onların fəaliyyətini, sadəcə məşhurlaşdırırıq. Onsuz da xaricdən qrant almaqla bağlı məsələlər xeyli çətinləşdirilib.
İkincisi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması çox müsbət addımdır. Amma son hadisələr onu göstərir ki, bütövlükdə hüquq-mühafizə orqanları üzərində parlament nəzarəti gücləndirilməlidir”.Aytən ZƏHRA