Modern.az

Hərbçilərin dəfnində fərq qoyulmamalıdır – Komitə sədrindən AÇIQLAMA

Hərbçilərin dəfnində fərq qoyulmamalıdır – Komitə sədrindən AÇIQLAMA

18 Dekabr 2015, 14:22


“Azərbaycanda dünyasını dəyişmiş hərbçilərin ehtiramla dəfn olunması prosesinə ciddi şəkildə əməl olunur. Bu prosesin qanunvericiliklə təsbit olunması hərbçilərimizə bir daha böyük ehtiramın göstərilməsinindən irəli gəlir”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, rütbəsi və ya xidməti müddətinə görə, hərbçilərin dəfn prosesinin fərqlənməsi düzgün deyil:

“Göstərilir ki, əsgərin dəfn prosesində manqa, zabitdə isə tağım olmalıdır. Olmaz ki, onları bir-birindən ayırmayaq və ümumi bir qərar qəbul edək?  

Bütün hərbçilərin dəfn prosesini eyni hazırlanmış qrup həyata keçirsin. Qanun layihəsində göstərirlir ki, hərbi qulluqçuların xidməti nəzərə alınmalıdır. Xidmətin müxtəlif formaları var. Ola bilər ki, hərbçi qulluqçu 5 il ön cəbhədə döyüşsün və sonra yeri dəyişdirilərək arxa cəhədə xidmət edərkən dünyasını dəyişsin. Hesab edirəm fərq qoyulmamalıdır.  

Elə ola bilər ki, hərbçi qərargahda xidmət etsin.

Belə çıxır ki, dünyasını dəyişmiş hərbçilərin bir hissəsini ehtiramla, bir hissəsini isə adi qaydada dəfn etmələyik. Düşünürəm ki, bunların hamısı birləşdirilib, ümumilikdə hərbi qulluqçuların eyni dəfn qaydası müəyyənləşdirilməlidir”.  

Deputat qeyd edib ki, İctimai birliklər və dini qurumlar komitəsində məzarlıqların idarə olunması ilə bağlı yeni qanun layihəsi hazırlanır:  

“Yeni qanun layihəsində məzarlıqların idarə olunması, dəfn qaydaları, yerlərin ayrılması və s. müəyyənləşdirilir. Nəzərdə tutmuşuq ki, qaydalar dünyasını dəyişmiş hərbi qulluqçular və fəxri xiyabanda dəfn olunmalı insanlara aid edilməsin. Ümumi bir bərarbərlik müəyyənləşdirmişik.

Kimliyindən asılı olmayaraq, hər kəs eyni qaydada dəfn olunmalı, məzarların ölçüsü eyni standarta uyğun olmalıdır”.  

Aytən Zəhra      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi