Modern.az

“Rusiya Əsədin varislərinin siyahısını hazırlayıb”

 “Rusiya Əsədin varislərinin siyahısını hazırlayıb”

18 Dekabr 2015, 14:56


Qərb diplomatlarından biri Rusiyanın Suriyanın dövlət başçısı Bəşər Əsədin hakimiyyət gedəcəyi təqdirdə onu əvəzləyəcək varislərin siyahısını hazırladığını iddia edib.

Modern.az bildirir ki, bu haqda “Reuters” məlumat yayıb. Lakin mənbə detalları açıqlamaqdan imtina edib.

Digər bir məlumata görə, belə siyahı İranda da var.

“Biz Əsədin getməsi ilə nəticələnəcək qərarı əldə etmişik”, - adının çəkilməsini arzulamayan qərbli yüksək vəzifəli diplomat deyib.

Qeyd edilir ki, Qərb ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və digərləri Əsədin keçid dövründə hakimiyyətdə qalmasına ürəkdən razılıq verməyiblər.

“Rusiya Qərb dövlətlərinə açıq işarə eləmişdi ki, Suriyadakı münaqişənin sülh yolu ilə nizama salınması çərçivəsində prezident Bəşər Əsədin istefasına etirazı yoxdur”, - diplomat bildirib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi