Modern.az

Bakıda liftin şaxtasına düşən tələbənin vəziyyəti çox ağırdır - AÇIQLAMA

Bakıda liftin şaxtasına düşən tələbənin vəziyyəti çox ağırdır - AÇIQLAMA

18 Dekabr 2015, 15:00


Bakıda 17 yaşlı Esmira Əhmədova Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb.

1 saylı Tibb Texnikumunun tələbəsi liftin 1-ci mərtəbəsində dayanan liftin damına düşüb. Esmira Əhmədova çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən Modern.az saytına verilən məlumatda bildirilib ki, xəstə yenicə əməliyyatdan çıxıb:

“Hazırda narkozdan ayılmayıb. Vəziyyəti çox ağırdır, həyatı üçün təhlükə var”.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?