ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd bu gün Milli Məclisin iclasında sərt şəkildə tənqid edilib.
Spiker Oqtay Əsədov qeyd edib ki, bu layihənin ABŞ Konqresindən keçmək ehtimalı aşağıdır. Bununla belə, O.Əsədov ABŞ-ın Azərbaycandakı səfirliyini bununla bağlı açıqlama verməyə çağırıb: “ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama verməlidir ki, bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir..”.
Modern.az qarşı tərəfin mövqeyini öyrənmək üçün ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edib. Səfirlikdən verilən cavabda qeyd olunub:
“Biz qanun lahiyələrinə dair şərh vermirik”.
Aqşin Kərimov