Türkiyənin baş naziri Əhməd Davudoğlu “feysbuk” sosial şəbəkəsində izləyicilərinə qısa müraciət edib. Modern.az türk mediasına istinadən xəbər verir ki, şəxsi “fesybuk” səhifəsindən izləyicilərə bir neçə saniyəlik video müraciət edən Əhməd Davudoğlunun paylaşımı 3 dəqiqə ərzində 17 min insan tərəfindən görüntülənib. Ə.Davudoğlu video-müraciətdə parlament sçkilərində onları dəstəkləyən əhaliyə təşəkkürünü bildirib və “biz vədi insanlara, hesabatı Allaha veririk” deyərək izləyicilərini cümə günü münasibətilə təbrik edib.
Elmin NURİ