Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat Fərəc Quliyev Qarabağla bağlı komitənin yaradılmasını vurğulayıb.
O bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsi ilə birlikdə köməkçi Qarabağ komitəsi yarada bilərlər.
O söyləyib ki, bu, Dağlıq Qarabağla bağlı aparılacaq işlər baxımından vacibdir.
F.Quliyev eyni zamanda komitə iclaslarında müvafiq nazirliklər və icra strukturlarının nümayəndələrinin təmsil olunması təklifi ilə çıxış edib.
“Hər bir komitədə müvafiq nazirliklər və ya icra strukturlarının hesabatı verilməsini təmin edək. Bu parlamentin sanbalına təsir edər. Həm də biz həmin nazirliklərin və icra strukturlarının fəaliyyətinə nəzarət edə biləcəyik ki, müzakirələr aparaq. Bu edilərsə yaxşı olar”.
Aytən Zəhra