Modern.az

Kinoteatrın adı dəyişdirildi

Kinoteatrın adı dəyişdirildi

18 Dekabr 2015, 17:05

Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib. Bundan sonra kinoteatr “CinemaPlus” adlandırılacaq.

Rebrendinq layihəsi yalnız kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu,əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.

Kinoteatrın divarlarının işıqlandırılmasında da fərqlilik edilib. Bundan əlavə, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər. Qeyd edək ki, kinoteatrın korporativ dəyişikliyində“Mən” korporativ brendinq” şirkəti fəal iştirak edib.

Kinoteatrdan bildirirlər ki, vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir. Artıq tamamilə yenilənmış “CinemaPlus” hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar və yeni layihələr ilə sevindirməyə hazırdır.

Modern.az

 

   
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi