Modern.az

Avropa bizim üçün vizanı götürsə ... Etibar Hüseynov

 Avropa bizim üçün vizanı götürsə ...  Etibar Hüseynov

Təhsil

18 Dekabr 2015, 23:29

“Onsuz da Avropa bizim üçün vizanı götürsə, AZAL o dəqiqə biletlərin qiymetini qaldırıb burnumuzdan tökəcək” Modern.az saytı xəbər verir ki, bunu keçmiş deputat Etibar Hüseynov jurnalist Səbuhi Məmmədlinin feysbuk statusuna şərh yazarkən bildirib.

Keçmiş deputat daha sonra vizasız gediş-gəlişdən gürcülərin istifadə etməsinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər.    

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?