Modern.az

Nardaranda daha üç nəfər saxlanıldı

 Nardaranda daha üç nəfər saxlanıldı

19 Dekabr 2015, 00:03

Bu gün günorta saatlarında Nardaranda  keçirilən əməliyyat zamanı daha 3 nəfər saxlanılıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.  

Onun sözlərinə görə, kənddə evlərdə və həyətyani sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.

"Əkin yerlərini, evləri axrarırlar. Xüsusi itlər də axtarışda istifadə olunur. Bildiyimiz qədəri ilə silah və narkotik axtarılır. Bu gün səhər 5 nəfəri, günorta isə 3 nəfəri axtarışlardan sonra apardılar. Amma evlərdən heç nə tapılmayıb. Axtarışlar zamanı çəkiliş də olub. Saxlanılanlardan xəbər yoxdur",- deyə N.Kərimov bildirib.  

Xatırladaq ki, 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılmışdı. Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM