Modern.az

Həmsədrlər prezidentlərin görüşünün yekununa dair bəyanat yaydı

Həmsədrlər prezidentlərin görüşünün yekununa dair bəyanat yaydı

Təhsil

19 Dekabr 2015, 18:00


"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib".

"Report"un məlumatına görə, bu fikirlər iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər.

"Prezidentlər həmsədrləin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər.

Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirlməsini təsdqiləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilib.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə hazır olduqlarını vurğulayıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi