Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin yüksək vəzifəli nümayəndə heyəti ilə bir günlük rəsmi dövlət səfəri gözlənilir.Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, prezidentlə birgə Xarici İşlər Naziri, Maliyyə Naziri, Milli Təhlükəsizlik Müşaviri, Ticarət və Sənaye Naziri, Əmək və Sosial Təhlükəsizlik Naziri və digər yüksək rütbəli nümayəndələrin də gəlişi planlaşdırılır.
Modern.az