Modern.az

Valyutadəyişmə məntəqəsinin sahibi vuruldu - 25 min aparıldı

Valyutadəyişmə məntəqəsinin sahibi vuruldu - 25 min aparıldı

Təhsil

20 Dekabr 2015, 09:56


Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 00:30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub. Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

K.Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?