Modern.az

“Mən şəxsiyyət olaraq keçirəm müxalifətə” -Rüfət Səfərov

 “Mən şəxsiyyət olaraq keçirəm müxalifətə” -Rüfət Səfərov

Təhsil

21 Dekabr 2015, 01:13

Atdığı addımlarla bu gün media gündəmini zəbt edən Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov  Moderator.az-a müsahibə verib. Modern.az saytı prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən Rüfət Səfərovun həmin müsahibəsini  oxuculara təqdim edir.

- Atanız sizi ittiham etdi...  

- Əzizim ATAM və ANAM!!! Elə sanırdınız ki, ancaq əkməklə, yalnız doğmaqla bitir! Qətiyyən.  

- Siz indi hardasınız və atanızı belə bir mənəvi iztirabın içərisində qoyacağınızı hesablamışdınızmı?  

- Atam məni rədd etsə də onu çox sevirəm. Sizdən xahiş edirəm ki, atamla mənim fotomuzu üzbəüz qoyun ki, heç olmasa burda doyunca öpüm. Mən indi Zərdabdayam və atamın hansı hislər keçirdiyini və keçirəcəyini heablamışdım.  

- Sabah onun başına bir iş gələ biləcəyindən qorxmadınızmı?  

 - Xeyr.

-Bakıya nə zaman dönəcəksiniz və ya dönəcəksinizmi?

- Allah Sizi güldürsün.  

- Müxalifətə keçirəm deyirsiniz. Konkret hansı qurumda təmsil olunmaq niyyətindəsiniz?  

- Mən şəxsiyyət olaraq keçirəm müxalifətə, millətimi qorumaqçün.

- Hansı müxalifətə? Olmaya özünüz partiya yaradacaqsınız?  

- Hələ ona baxacam, görüm, millət nə deyir...  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi