Dekabrın 20-də axşam “İnstagram”da yerləşdirilən çarxda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun ailəsi avtomobillə gedir. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri dərhal görürlər ki, sürücü və sərnişinlər təhlükəsizlik kəmərlərini bağlamayıblar.
Bir qədər sonra videoda Ramzan Kadırovun özünün şərhi peyda olur. O, xəbər verir ki, yol polisi xidməti əməkdaşları tərəfindən artıq cərimələnib.
Çeçenistan rəhbərinin avtomobili Qroznının mərkəzində saxlanılıb. Buradaca qayda pozuntusuna görə protokol tərtib olunaraq inzibati qaydada cərimə yazılıb.
“Polislər operativ reaksiya verdilər. Protokol tərtib etdilər, cərimə yazdılar. Mən bazar ertəsi mütləq cəriməni ödəyəcəyəm”, - Çeçenistanın rəhbəri yazıb.