Modern.az

Bu gün Qulu Məhərrəmli imza verəcək

Bu gün Qulu Məhərrəmli imza verəcək

Təhsil

21 Dekabr 2015, 09:56


Yazıçıların "Soyuq əllər, isti ürək" yarmarkasında Qanun Nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir. QANUN EVİNDƏ dekabrın 21-i, saat 17.00-dan 18.00-a qədər jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin imza günü keçiriləcək.

Qulu Məhərrəmli “Jurnalistikanın əsasları”, “Zamanın rəngləri”, “Danışır Təbriz” və s kitabların, dərsliklərin və bir neçə izahlı lüğətin müəllifidir. 

“Jurnalistikanın əsasları” kitabı jurnalistika ilə bağlı zəngin təməl biliklər verir, onun missiyası, mahiyyəti, vəzifələri və prinsipləri haqqında dolğun təsəvvür yaradır. Müasir jurnalistikamızın parlaq simalarından olan Qulu Məhərrəmlinin qələmindən çıxmış bu dərsliyin tələbələrimiz üçün faydalı vəsait olacağına inanırıq.

Kitab materialların strukturu, mövzuların aktuallığı və anlaşıqlı dillə çatdırması, həmçinin müəllifin zəngin jurnalistika təcrübəsini nəzərə alsaq, çox dəyərli vəsaitdir baxımından ilə izah edib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi