Modern.az

İspaniyadakı seçkiləri hakim partiya uddu

İspaniyadakı seçkiləri hakim partiya uddu

Təhsil

21 Dekabr 2015, 10:15



İspaniyada keçirilən parlament seçkilərində hakim Xalq Partiyası qalib gəlib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, səslərin 100 faizi sayılandan sonra məlum olub ki, bu partiya 28,72 faiz səs toplamaqla parlamentdə 123 yer qazanıb. Bununla belə, 176 mandat tələb edilən mütləq əksəriyyətdən məhrum olub.

İkinci yeri 22,01 faiz (90 yer) toplamaqla Sosialist Partiyası tutub. Üçüncü sırada 69 yer (20 faiz) Rodemos Partiyasıdır.

Sağ mərkəzçi “Vətəndaşlar” partiyası 13,9 faiz (40 yer) qazanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi