Modern.az

Dilqəm Əsgərovu tutan erməni zabit danışdı - “Onu şəxsən yaxalamışam”

Dilqəm Əsgərovu tutan erməni zabit danışdı - “Onu şəxsən yaxalamışam”

Təhsil

21 Dekabr 2015, 12:04


Ermənistan Müdafiə Nazirliyinin rəsmi qəzeti olan “Hayzinvor” 2014-cü ilin yayında doğma evini ziyarət edən zaman yaxalanan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu girov götürən erməni zabtindən qısa açıqlama alıb.

Modern.az saytı qəzetə istinadən xəbər verir ki, kapitan Hay Sirakanyan işğalçı orduda bölük komandiri vəzifəsini daşıyır.

“Biz cəbhə xəttində istənilən vəziyyətə hazırıq, çünki döyüş yoldaşlarımzı itirmişik və daha itirməyə heç nəyimiz yoxdur. Ona görə də ötən ilin yayında olduğu kimi bir olmalıyıq. Mən özüm şəxsən Dilməq Əsgərovu yaxalamışam. O, indi ömürlük həbs cəzası çəkir”.

2014-cü ilin iyulunda doğma Kəlbəcər rayonunu ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni xüsusi təyinatlıları tərəfindən girov götürülümüş, onlarla birlikdə getmiş əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov isə öldürülmüşdü. Xankəndində qurulan qondarma məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi