Binəqədi rayonu ərazisində yaşayan iki qadın dəm qazından boğulub.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 19-da Binəqədi rayonu ərazisində yaşayan Cəmilə Əlizadə mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Ayın 20-də isə Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Məlahət Şərifova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.Modern.az