Modern.az

Qənirə Paşayeva Ankarada ödül aldı - FOTO

Qənirə Paşayeva Ankarada ödül aldı - FOTO

Təhsil

21 Dekabr 2015, 14:31

 “Türk Dünyası Kültür-Sanat Platformu” 2015-ci ildə Türk Dünyasına Xidmət  Ödülünə millət vəkili Qənirə Paşayevanı layiq görüb. Platform Başkanı Ş.Kuzəçi bildirib ki, qurum millət vəkili Q.Paşayevanı Türk dünyası mədəniyyəti, ədəbiyyatı, sənətinə  xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən dolayı bu ödülə layiq görüb.
Türkiyənin Kültür və Turizm Bakanlığı, Gölbaşı Bələdiyyəsi və UKDE tərəfindən düzənlənən tədbir çərçivəsində Platform Başkanı Ş. Küzeci ilə Gölbası Bələdiyə Başkanı Fatih Duruay tərəfindən ödül Q.Paşayevaya təqdim edilib.
Türkiyənin bir sıra rəsmi çəxsləri, şair, yazarları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş çoxlu sayda şair, yazar, aydının  iştirakı ilə keçən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara, “Türk Dünyası Kültür-Sanat Platformu”na öz təşəkkürünü bildirib. 
Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. 



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi