Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğının söndürülməsini davam etdirir.
Bu haqda Modern.az saytına məlumat verən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən 23 neftçinin tapılması üçün tədbirlər davam etdirilir:
“Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlamor” gəmisi ərazidə işlərini davam etdirir. Aviasiya dəstəsinin 1 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvə və şəxsi heyəti dənizdə itkin düşənlərin axtarış-xilasetmə işlərini aparır”.
Gülşən RAUFQIZI