Modern.az

Telman İsmayılov rəsmən müflis elan olundu

Telman İsmayılov rəsmən müflis elan olundu

Təhsil

21 Dekabr 2015, 16:19


Moskva Arbitraj məhkəməsi Çerkizov bazarının keçmiş sahibi olan Azərbaycan əsilli biznesmen Telman İsmayılovu rəsmən müflis edlan edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, müflis olmaqla bağlı prosedur kreditor Boris Zubkovun 19 noyabrda məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsindən sonra başlamışdı.

Bundan öncə, VTB-nin tərkib hissəsi olan Moskva Bankı da Telman İsmayılovun müflis olunması ilə bağlı şikayət vermişdi. Bank azərbaycanlı biznesmenə 3 ayrı kredit üzrə 230 milyon dollar ayırdığını bildirmişdi. Hazırda Telman İsmayılovun AST şirkətinin Moskva Bankına borcu 286 milyon dollardan çoxdur.

Dekbarın əvvəllərində isə biznemsen özü də şəxsnə məhkəməyə müraciət edərək müflis elan olunmasını istəmişdi.

“Forbes” jurnalının Rusiya versiyası Telman İsmayılovun şəxsi sərvətini 2015-ci ilin yazı üçün 600 milyon dollar civarında qiymətləndirmişdi.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi