Rusiya xarici işlər nazirinin müavini Aleksandr Lukaşeviç ölkəsinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasındakı görüşü müsbət qiymətləndirdiyini söyləyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, diplomat tərəflərin Qarabağ münaqişəsi ilə bağlı dialoqu davam etdirəcəklərinə ümidli olduğunu deyib:
“Biz hamımız ümid edirik ki, münaqişə tərəfləri yekun həllə bağlı predmet dialoquna başlayacaqlar”.