Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparılıb.
Modern.az xəbər verir ki, bu günlərdə onun tərəfindən Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın mövcudluğu müəyyən edilib.
Qeyd etmək lazımdır ki, Rusiyanın müasir tarixinin araşdırlması üzrə ən böyük mərkəzlərdən olan muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.
Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar edilib.
Elmin NURİ