Modern.az

“Oğuz”lar gəncliyin müasir problemlərindən danışdılar

“Oğuz”lar gəncliyin müasir problemlərindən danışdılar

Təhsil

21 Dekabr 2015, 16:50

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. 

Modern.az  xəbər verir ki, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açaraq  fikir mərkəzinin  mütəmadi şəkildə milli kimlik və mənəvi dəyərlər  təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil etdiyini və bu dəyirmi masanın da onlardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir zamanda Azərbaycan gəncliyi müasir informasiya daşıyıcıları ilə müxtəlif ideoloji təsirə və eləcə də mədəni ekspansiyaya məruz qalmaqdadır. Bunun qarşısının alınması üçün maarifləndirici işin təşkili son dərəcə vacibdir.

Daha sonra AMEA Arxeologoya və Etnoqrafiya institutunun elmi işçisi, araşdırmaçı Pərviz Elay və birliyin idarə heyətinin üzvü Ceyhun Bayramlı da mövzu ilə bağlı çıxış ediblər. Ceyhun Bayramlının təqdim etdiyi slaydda kommunizm, anarxizm, ateizm, eləcə də xristian missioner və İslamla əlaqələndirilən qeyri-ənənəvi cərəyanlar barədə məlumat verilib. Slayda təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.


Elmin NURİ
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi