Modern.az

Təcrübəli məşqçiyə ultimatum: Maurinyo “Mançester Yunayted”ə gələ bilər

Təcrübəli məşqçiyə ultimatum: Maurinyo “Mançester Yunayted”ə gələ bilər

21 Dekabr 2015, 18:04

“Çelsi” klubunun baş məşqçisi postundan uzaqlaşdırılan Joze Maurinyo “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis yaradıcılıq məzuniyyətinə çıxmaq niyyətində deyil və karyerasını davam etdirmək üçün variantlar axtarır.

“The Telegraph”ın məlumatına görə, “Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Lui van Qala 3 oyun dalbadal məğlubiyyətdən və Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmadıqdan sonra ultimatum verib.

Hollandiyalı mütəxəssis  komanda “Stok Siti” və “Çelsi” ilə növbəti iki oyundan birində məğlub olarsa, postundan uzaqlaşdırılacaq.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi