Modern.az

“Səfir olsam Azərbaycanı necə təbliğ edərdim” layihəsi başa çatdı

“Səfir olsam Azərbaycanı necə təbliğ edərdim”  layihəsi başa çatdı

Təhsil

21 Dekabr 2015, 17:14

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi sona yetib.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə,  layihə çərçivəsində Gəncə, İsmayıllı və Bakıda bir sıra dəyirmi masalar keçirilib. Layihədə ölkənin 12 media qurumu təmsil olunub.

 Dəyirmi masalarda gənclər, peşəkar media mənsubları, ictimai fəallarla müzakirələr aparılib.

Layihə çərçivəsində bir qrup jurnalistin Gəncə və İsmayıllıya səfərləri təşkil olunub. İctimai Birliyin sədri Vüsalə Hüseynli layihə çərçivəsində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından çox maraqlı təkliflər irəli sürüldüyün də söyləyib. Həmin təkliflər layihənin donoruna və lazımı qurumlara təqdim olunacaq.

 Eyni zamanda layihə çərçivəsində Modern.az xəbər agentliyi, “Yeni Azərbaycan” qəzeti, Lent.az, Azvizion.az, Gun.az, Ann.az, Report.az, Kaspi.az, Aznews.az, Strateq.az, Qaynar.info saytları bu layihədə əməkdaşlıq ediblər.

Vüsalə Hüseynli həyata keçirilən layihə zamanı ən fəal media nümayəndələrini də sadalayıb: “Layihə zamanı, Modern.az saytının əməkdaşı Ağa Ağayev, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir İsmayılov, ekspert Zaur İbrahimli, Lent.az saytının əməkdaşı Ləman Mustafaqızı, Report.az saytının əməkdaşı Cavid Əzimov, Azvizion.az saytının əməkdaşı Hafiz Əhmədov, Oxu.az saytının əməkdaşı Nigar Orucova aktiv iştirak ediblər. Biz də təşkilat olaraq onların bu layihədə yaxından iştirakına görə təşəkkür edirik”.

Xatırladaq ki, layihədə əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdə təbliği və Dağlıq Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq mediada təbliğat işinin qurulması yollarının araşdırılması olub. 


Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi