Modern.az

Aktyor Ələsgər Məmmədoğlu vəfat etdi

Aktyor Ələsgər Məmmədoğlu vəfat etdi

Təhsil

21 Dekabr 2015, 22:54

Milli Dram Teatrının aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Modern.az saytının xəbərinə görə, bu barədə aktyorun ailəsindən məlumat verilib. Aktyorun səhhəti evində qəfil pisləşəndən sonra təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb.

“Mozalan” satirik kinojurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərdə oynayıb.

2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi