Modern.az

Azərbaycanda qış fəsli başladı

Azərbaycanda qış fəsli başladı

22 Dekabr 2015, 09:43

Dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də Azərbaycan ərazisində qış fəsli başlayıb. Həmin vaxtda Yer Qış Günəş duruşu nöqtəsindən keçib. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayıb.

Modern.az saytı xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi