İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarından sonra ticarət sahəsinmdə yaranmış vəziyyətə dair açıqlama verib.
Modern.az xəbər verir ki, rəsmi məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
“Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”-deyə nazirlik bəyan edib.
Modern.az