Modern.az

“Xalq müxalifətin arxasınca ona görə getmir ki...” - AÇIQLAMA

“Xalq müxalifətin arxasınca ona görə getmir ki...” - AÇIQLAMA

22 Dekabr 2015, 12:09


Ötən gün Azərbaycan Mərkəzi Bankı üzən məzənnə siyasətinə keçdikdən sonra milli valyuta olan manatın dollar və avro qarşısında dəyəri 50 faiz ucuzlaşdı.

Bu isə ekspertlərə tərəfindən ölkədə iqtisadi böhranın yaranması kimi xarakterizə edilir. Cəmiyyətdə isə bir narazılıq hökm sürür və bu, ajiotajla müşayiət olunur.

Bizə ən yaxın ölkə olan Türkiyənin təcrübəsində belə hallarda müxalifət təşəbbüsü ələ alır, cəmiyyəti öz arxasınca aparır, auditoriyasını genişləndirir. Amma Azərbaycanda belə deyil.

Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı Modern.az saytına danışıb. O deyib ki, Azərbaycanda yaranan bu iqtisadi situasiyaya görə birinci növbədə hakimiyyət məsuliyyət daşıyır.

Z.Əlizadə müxalifətin ətrafında həlqələrin daralmasını iqtidarın yürütdüyü siyasətlə əlaqələndirib.

Ekspert bununla yanaşı, müxalifətin yaxın tarixdə buraxdığı nöqsanlara görə bu günə düşdüyünü qeyd edib.


Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi