Modern.az

"Attaksionların qiymətlərində hər hansı dəyişiklik yoxdur " - Nazim Məcidov

 "Attaksionların qiymətlərində hər hansı dəyişiklik yoxdur " - Nazim Məcidov

24 Dekabr 2015, 20:45


Bu il də yeni il ərəfəsində Dənizkənarı Bulvarda bayram əhval ruhiyyəsi hiss olunur. Modern.az saytı xəbər verir ki, yeni illə əlaqədar Neftçilər prospekti boyunca bütün ağacların üzəri işıqlarla bəzədilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə,  Dənizkənarı Bulvarda 10 yerdə süni şam ağacları bəzədili: "Bulvarda Yeni İllə əlaqədar attraksionlardan pulsuz istifadə ilə bağlı hələ ki, qərar verilməyib. Amma attaksionların qiymətlərində hər hansı dəyişiklik yoxdur. Bayram günlərində havalar sabit keçərsə, Bakı sakinlərinə bulvarda gəzinti gəmiləri xidmət göstərəcək. Hazırda 3 gəmi sakinlərə xidmət göstərir. Gəzinti gəmiləri Kristal Holl və Bayraq Meydanın yanından bulvara qayırdılar".

Qeyd edək ki, gəmi ilə səyahət adambaşı 2 manatdır, uşaqlar üçün 1 manat nəzərdə tutulub. Əvvəllər Xəzəryanı dövlətlərə səfərlər təşkil edilən Bakı Dəniz Vağzalı isə hazırda neft yataqlarında çalışan neftçilərin daşınmasını üçün xidmət göstərir.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?