Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına dair kollegiya iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda nazir Əbülfəz Qarayev bir çox mənfi detalları sadalamaqla işində nöqsanlara yol verən şəxsləri tənqid edib. Azərbaycan Xalça və Tətbiqi Sənətlər Muzeyinin direktoru Röya Tağıyevadan sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev də vəzifəsindən azad edilib.
Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib.
Əlikram Əliyev