Modern.az

Bakıda gənc müğənni intihar edib

Bakıda gənc müğənni intihar edib

25 Dekabr 2015, 16:10


Gənc müğənni Elvin Ramazan oğlu Quliyev (Elvin Ordubadlı) intihar edib. Modern.az saytı xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində  baş verib.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1 saylı binanın 23-cü mənzilinin balkonundan özünü yerə atıb. Həmin mənzil müğənninin yaşadığı ev olub. Ağır vəziyyətdə Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan E.Quliyev orada ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. İntiharın səbəbləri araşdırılır.

Elvin Quliyev "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub. O, Azərbaycanı 2014-cü ildə "Türkvision" mahnı yarışmasında da təmsil edib.

Aytən Zəhra

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi