"Texnikabank" ASC törəmə strukturu olan "Texnika Kapital Menecment" MMC-nin adının və təşkilati hüquqi formasının dəyişdirilərək "Kapital Menecment İnvestisiya Şirkəti" ASC adlandırılması qərarını verib.
Şirkətin Müşahidə Şurasının üzvü Cəfər İbrahimlinin Modern.az-a verdiyi məlumta görə, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası "Qiymətli kağızlar bazarı haqqında qanunun" tələblərinə uyğun olaraq formalaşdırılıb.
Qeyd edək ki, 2016-ci ildən etibarən şirkət "Kapital Menecment İnvestisiya Şirkəti" ASC adı ilə fəaliyyətini davam etdirəcək.
Modern.az