Modern.az

Nazirlik general Kərəm Mustafayevin həbsini təkzib etdi

Nazirlik general Kərəm Mustafayevin həbsini təkzib etdi

26 Dekabr 2015, 17:19


Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K. Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.

Qeyd edək ki, Artıq bir neçə gündür ki, bəzi KİV-də K. Mustafayevin həbs olunması xəbəri yayılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?