Modern.az

Bin Ladenin mühafizəçisi ölüb

Bin Ladenin mühafizəçisi ölüb

28 Dekabr 2015, 09:51


Dünyanın keçmiş “bir nömrəli terrorçusu” sayılan Üsamə bin Ladenin keçmiş mühafizəçisi Nasir ıl-Bahri ölüb.

Modern.az bildirir ki, BBC bu haqda özünün Yəmənin tibb dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.   Keçmiş mühafizəçinin ölkənin cənubundakı Mukalla şəhərindəki hospitalda öldüyü bildirilir.  

Ən tanınmış keçmiş terrorçunun mühafizəçisinin neçə yaşı olduğu dəqiq bilinmir, ancaq onun  yaşının 40-dan çox olduğu ehtimal edilir.

Bahri Quantanamo həbsxanasından 2008-ci ildə buraxılaraq Yəmənə gəlib.        

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü