Modern.az

“Səudiyyə Ərəbistanı 5 ilə batacaq” - ŞOK PROQNOZ

“Səudiyyə Ərəbistanı 5 ilə batacaq” - ŞOK PROQNOZ

28 Dekabr 2015, 10:20


Beynəlxalq Valyuta Fondu (BVF) gəlirinin 95 faizinin neftdən asılı olduğu Səudiyyə Ərəbistanının gələcək illərdəki vəziyyəti ilə bağlı şok versiya irəli sürüb. 

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, mərkəz neft qiymətlərinin sürətlə aşağı düşdüyü zamanda ölkənin 654,4 milyard dollarlıq büdcəsinin get-gedə əridiyini və neftin qiymətinin ucuzlaşmağa başladığı gündən bu yana 73 milyard dollar itirdiyini qeyd edib.

BVF-nin  bildirdiyinə görə, neft daha da ucuzlaşdıqca bu ölkədəki vəziyyət acınacaqlı duruma düşür. Belə getsə, ölkə iqtisadiyyatı gələcək beş ildə tamamilə iflic olacaq.

Bunun digər səbəbi isə hazırda Yəməndəki üsyançılarla müharibə edən Səudiyyə Ərəbistanının dünyada hərbi xərclərə ən çox pul ayıran ölkə olmasıdır. Belə ki, 2015-ci ildə Səudiyyə Ərəbistanının hərbi xərcləri 80,3 milyard dollar olub.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü