“Günəşli” neft yatağındakı 10- cu platformasında dekabr ayının 5-də baş verən qəzada dənizdə itkin düşmüş Qasımov İmanın meyiti dünən Türkmənistanın Xəzərə aid olan hissəsində tapılıb.
Modern.az xəbər verir ki, neftçi İmanın meyiti ötən gün gecə saatlarında Azərbaycana gətirilib. Artıq neftçinin cənazəsi SOCAR tərəfindən bu səhər saatlarında ailəsinə təhvil verilib.Hal-hazırda mərhumla onun Lökbatandakı evində vida mərasimi keçirilir. Mərhumu son mənzilə yola salmağa onun yaxınları, əzizləri, SOCAR-ın əməkdaşları gəliblər. Hal-hazırda mərhumun meyiti Lökbatandakı Cümə Məscidinə aparılıb.
İmanın Qardaşı Səmədin sözlərinə görə artıq gecədən çadır qurulub və bütün yaxın qohumlara xəbər verilib.
Ağa Akifoğlu