“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hər zaman sərnişinlərini diqqətdə saxlayır. Bayramlarda, xüsusi günlərdə sosial tədbirlər keçirir, onlarda xoş təəssüratlar yaradacaq sürprizlər edir.
Modern.az saytı xəbər verir ki, bu gündən etibarən Şaxta baba və Qar qız Yeni il və Dünya Azərbaycanlılarının Hərməyliyi günü münasibətilə metro stansiyalarda olub. “28 May” stansiyasından başlayan sərgüzəşt “Həzi Aslanov” stansiyasına qədər davam edib.Şaxta baba “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev , Qar qız isə qurumun Marketinq şöbəsinin rəisi Lalə Babayeva olub.
Onlar qatarlara minərək müxtəlif stansiyalara gedib, sərnişinlərin arzu və istəklərini öyrənib, kiçik sərnişinlərə hədiyyələr veriblər.
Şaxta baba və Qar qızın metrodakı sərgüzəştləri qarşıdakı 2-3 gün ərzində də davam edəcək.
Gülşən RAUFQIZI