Son illər Rusiyada böyük populyarlıq qazanmış azərbaycanlı müğənni Elbrus Canmirzəyev Rusiyada dəhşətli qəzaya düşüb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, “Qafqaz” federal magistralında baş verən qəzada müğənni ağır xəsarət alıb, prodüseri Kamran Əmirov isə həlak olub.
“Lexsus” markalı maşın Armavir şəhəri yaxınlığında “Qafqaz” magistral yolunda yük maşınına çırpılıb. Maşını idarə edən Canmirzəyev xəsarət alıb. Onun prodüseri Əmirov isə qəza yerində keçinib”.
Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.
Elburs Canmirzəeyv 1991-ci il iyulun 11-də Azərbaycanın Qax rayonunda anadan olub. O daha çox sosial şəbəkələrdə yerləşdirdiyi “Brodyaqa” (Avara) , “Çarodeyka” (Ovsunlayıcı) və “Vesennıy sneqopad” (Yaz qarı) mahnıları ilə tanınırdı.